Azərbaycandan Ukraynaya generatorlar göndərilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycandan Ukraynaya generatorlar göndərilib

Qafar Ağayev16:58 - 03 / 02 / 2026
Azərbaycandan Ukraynaya generatorlar göndərilib

Azərbaycandan Ukraynaya generatorlar göndərilib.

1news.az xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, humanitar yardıma 17 generator, 4 daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.

Diplomat qeyd edib ki, enerji avadanlıqları Azərbaycan vətəndaşları və bir sıra təşkilatlar tərəfindən səfirliyə bağışlanıb.

“Azərbaycan hökumətinə, təşkilatlara və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığımı bildirirəm”, - səfir qeyd edib.

Qeyd edək ki, Azərbaycan dövləti də mütəmadi olaraq Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərir.

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər