Dövlət Agentliyi: Ötən il təbii inhisar subyektlərinin hərəkətləri ilə bağlı 18 müraciət təsdiqlənib
2025-ci ildə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təbii inhisar subyektlərinin həyata keçirdiyi bir sıra hərəkətlərə razılığın verilməsi barədə 20 müraciət daxil olub.
1news.az bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, müraciətlərdən 12-nə razılıq, 6-na isə müəyyən şərtlər çərçivəsində razılıq verilib. 1 müraciətə razılıq verilməsindən imtina edilib, 1 müraciət üzrə araşdırma davam edir.
"Rəqabət Məcəlləsinin tələblərindən irəli gələrək təbiiinhisar sahələrində dövlət tənzimlənməsinin həyata keçirilməsi xidmət keyfiyyətinin qorunması və istehlakçı maraqlarının müdafiəsinə xidmət edir" – deyə məlumatda qeyd olunub.
57












