İran Hörmüz boğazının bəzi hissələrini müvəqqəti bağlayacaq
Hörmüz boğazının bəzi hissələri müvəqqəti olaraq bağlanacaq.
1news.az xəbər verir ki, "Fars" xəbər agentliyinin məlumatına görə, çərşənbə axşamı günü “təhlükəsizlik tədbirləri” çərçivəsində gəmiçilik təhlükəsizliyinin təmin olunması məqsədilə boğazın bəzi hissələri bir neçə saatlıq bağlanacaq.
Qeyd olunub ki, bu addım İnqilab Keşikçilərinin sözügedən su hövzəsində keçirdiyi hərbi təlimlərlə əlaqədardır.
Xatırladaq ki, Hörmüz boğazı dünyanın ən mühüm neft ixrac marşrutlarından biridir. Bu strateji su yolu Səudiyyə Ərəbistanı, İran, İraq və Birləşmiş Ərəb Əmirlikləri kimi əsas Körfəz neft istehsalçılarını Oman körfəzi və Ərəb dənizi ilə birləşdirir.
66









