İran, Çin və Rusiya Oman dənizi və Hind okeanında hərbi təlim keçirəcək | 1news.az | Xəbərlər
Dünya

İran, Çin və Rusiya Oman dənizi və Hind okeanında hərbi təlim keçirəcək

Qafar Ağayev13:35 - Bu gün
İran, Çin və Rusiya Oman dənizi və Hind okeanında hərbi təlim keçirəcək

Sabah Oman dənizi və Hind okeanının şimalında İran, Rusiya və Çin arasında ənənəvi olaraq keçirilən “Dəniz Təhlükəsizlik Kəməri” adlı birgə hərbi-dəniz təlimi icra olunacaq.

1news.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, təlimdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri, eləcə də Çin və Rusiya donanmaları iştirak edəcək.

Təlimin sözçüsü, kontr-admiral Həsən Məqsudlu bildirib ki, əsas məqsəd bölgədə təhlükəsizliyi gücləndirmək və davamlı dənizçilik əməkdaşlığını inkişaf etdirməkdir. Onun sözlərinə görə, ticarət gəmilərinin və tankerlərin qorunması, dəniz terrorizmi ilə mübarizə və təhlükəsizliyi təhdid edən fəaliyyətlərə qarşı birgə tədbirlər bu təlimin prioritet istiqamətlərindəndir.

Rusiya donanmasının komandanı Aleksey Sergeyev isə qeyd edib ki, tərəflər istənilən bölgədə birgə təlimlər keçirməyə hazırdır:
“Buraya hər iki tərəfin gəmiləri və katerləri ilə icra olunacaq antiterror əməliyyatları kimi xüsusi təlimlər də daxildir.”

Xatırladaq ki, İran, Rusiya və Çin “Dəniz Təhlükəsizlik Kəməri” adı altında ilk dəfə 2019-cu ilin dekabrında olmaqla, hər il bölgədə birgə təlimlər keçirirlər.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər