Fevralda Azərbaycanda internetin median sürəti artıb - RƏQƏMLƏR
Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” fevral ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA)1news.az-a verilən məlumata görə, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,27 Mb/s, mobil internetin median sürəti isə 94,95 Mb/s olub.
Yanvar ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 1,39 MB/s və ya 1,55%, mobil internetin sürəti isə 2,32 Mb/s və ya 2,50% yüksəlib.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.












