Bu gündən Azərbaycanda 11 günlük bayram tətili başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən Azərbaycanda 11 günlük bayram tətili başlayır

10:04 - Bu gün
Bu gündən Azərbaycanda 11 günlük bayram tətili başlayır

Azərbaycanda 11 günlük tətil başlayıb.

1news.az xəbər verir ki, bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 11 qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Martın 20, 21-i isə Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günüdür.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər