⁠Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

⁠Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

10:39 - Bu gün
⁠Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Martın 19-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 224, o cümlədən borclu şəxs qismində axtarışda olan 179 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər