Qanunsuz yolla balıq ovlayanlar saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz yolla balıq ovlayanlar saxlanılıblar

17:13 - Bu gün
Qanunsuz yolla balıq ovlayanlar saxlanılıblar

Martın 18-də Kür çayının sol sahilində, Şəmkir rayonunun inzibati ərazisindən keçən hissəsində elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu faktı aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyindən 1news.az-a bildirilib ki, qanunsuz balıq ovu ilə məşğul olan Tovuz rayonunun Hunanlar kəndinin 3 sakini Daxili Sular Regional Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qanunsuz ov nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hər üç şəxs barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə təqdim edilib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər