Xaçmazda keçmiş məhkumlardan 6 kiloqramdan artıq narkotik aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda keçmiş məhkumlardan 6 kiloqramdan artıq narkotik aşkarlandı

Qafar Ağayev10:40 - Bu gün
Xaçmazda keçmiş məhkumlardan 6 kiloqramdan artıq narkotik aşkarlandı

Xaçmazda saxlanılan iki nəfərdən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

1news.az-ın məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş – 30 yaşlı Kənan Musayev və 49 yaşlı Arzu Əliyev saxlanılıblar.

Onlardan 5 kiloqram marixuana, 1 kiloqram heroin və 309 qram tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər