Prezident: Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inamla inkişaf edəcək | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inamla inkişaf edəcək

Oksana Orucova14:23 - Bu gün
Prezident: Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inamla inkişaf edəcək

Əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək.

1news.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında deyib.

“Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik”, - deyə dövlətimizin başçısı bildirib.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər