Bakıda güclü külək ağacı maşının üzərinə aşırdı - FOTO
Bakıda yağışlı və küləkli hava fəsadlara səbəb olub.
1news.az Oxu.Az-a istinadən xəbər verir ki, Nizami rayonunda ağac nəqliyyat vasitəsinin üstünə aşıb.
Hadisə Bəkir Çobanzadə 63, küçəsində qeydə alınıb.
Güclü külək nəticəsində ağac VAZ-2107 markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, hadisə ilə əlaqədar qurumun operativ qrupu hadisə yerinə cəlb olunub.
"Yıxılmış ağac ərazidən götürülüb", - deyə məlumatda qeyd edilib.



112












