Quba-Qonaqkənd yolunda sürüşməyə görə 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba-Qonaqkənd yolunda sürüşməyə görə 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib

13:03 - Bu gün
Quba-Qonaqkənd yolunda sürüşməyə görə 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib

Quba-Qonaqkənd yolu torpaq sürüşməsi ilə əlaqədar bağlanıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, yolun 42-ci kilometrliyində baş verən sürüşmə nəticəsində dörd inzibati ərazi dairəsinə aid 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Tariyel İbrahimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yolun təxminən bir kilometrlik hissəsi sürüşmə nəticəsində tamamilə dağılaraq keçilməz hala düşüb. Həmçinin ərazidəki elektrik, qaz və rabitə xətləri də sıradan çıxıb. Bu gün səhər saatlarından başlayan sürüşmə prosesi hələ də davam edir. Nəqliyyat əlaqəsi kəsilən kəndlərdə 11 mindən çox əhali yaşayır.

Əraziyə Quba Fövqəladə Hallar Komissiyasının və digər müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunublar.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər