Ərdoğan: Terrorçular məqsədlərinə çata bilməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərdoğan: Terrorçular məqsədlərinə çata bilməyəcək

Qafar Ağayev17:53 - Bu gün
Ərdoğan: Terrorçular məqsədlərinə çata bilməyəcək
İstanbulda İsrail Baş konsulluğu yaxınlığında baş vermiş terror hücumu ilə bağlı Türkiyə Prezidenti açıqlama verib.

1news.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəni şərh edərkən terrora qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.

“Terrorun bütün növlərinə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Mənfur terror aktında biri ölü, ikisi yaralı olmaqla üç terrorçu zərərsizləşdirilib. Müdaxilə zamanı iki qəhrəman polis əməkdaşımız yüngül xəsarət alıb”, – deyə o qeyd edib.

Ərdoğan əlavə edib ki, hücumla bağlı həm İstanbul Baş Prokurorluğu, həm də polis və kəşfiyyat qurumları tərəfindən zəruri araşdırmalar sürətlə aparılır.

“Yaralı polis əməkdaşlarımıza Uca Allahdan şəfa diləyir, İstanbul Polisinə və şəhər sakinlərinə ‘keçmiş olsun’ deyirəm”, – deyə o bildirib.

Prezident vurğulayıb ki, təxribatçıların Türkiyənin təhlükəsizlik mühitinə zərər vurmasına imkan verilməyəcək.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər