Abşeronda tapılan azyaşlı uşaq valideynlərinə təhvil verildi - YENİLƏNİB
Abşeron rayonu, Xırdalan dairəsi ərazisində tapılan nitq qüsurlu azyaşlı uşağın valideynləri müəyyənləşdirilərək onlara təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, uşağın təhlükəsizliyi təmin olunub və ailəsinə qaytarılması prosesi uğurla başa çatıb.
***
09:46
Yol Patrul Xidməti əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan dairəsi ərazisində nitq qüsurlu azyaşlı uşaq aşkar edilib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmət məlumat yayıb.
Bildirilib ki, uşağın kimliyini və yaxınlarının yerini bilən şəxslərdən polis orqanlarına məlumat vermələri xahiş olunur.
Uşaq hazırda Abşeron Rayon Polis İdarəsindədir.

161












