“Vətən müharibəsi təkcə hərbi uğur deyil, həm də nümunədir ” - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Vətən müharibəsi təkcə hərbi uğur deyil, həm də nümunədir ” - ŞƏRH

Ayşən Salehli17:39 - Bu gün
“Vətən müharibəsi təkcə hərbi uğur deyil, həm də nümunədir ” - ŞƏRH

“Bu gün dünyanın müxtəlif nöqtələrində baş verən müharibələrə baxdıqda bir həqiqət daha aydın görünür ki, münaqişələrin taleyini təkcə hərbi güc yox, siyasi məqsədin aydınlığı, prezidentin qətiyyəti və strateji düşüncənin səviyyəsi müəyyən edir”.

Bu fikirləri 1news.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva səsləndirib.

“Dörd ilə yaxındır davam edən Rusiya–Ukrayna müharibəsi artıq təkcə iki dövlət arasındakı silahlı qarşıdurma deyil, həm də tərəfıəri tükəndirən , nəticəsi hələ də qeyri-müəyyən geosiyasi böhrandır. Eyni mənzərəni ABŞ–İran–İsrail xəttində də görmək mümkündür. Qırx gün davam edən hərbi qarşıdurmalar, ardınca səsləndirilən atəşkəs və sülh təşəbbüsləri və tərəflərin bir gün sonra səsləndirdiyi açıqlamalar bir daha göstərir ki, müharibəni başlamaq bəzən asan, onu siyasi nəticə ilə bitirmək isə son dərəcə çətindir. Məhz bu fonda Azərbaycanın 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı təkcə hərbi uğur deyil, həm də siyasi idarəetmənin və strateji dövlət uzaqgörənliyinin nümunəsidir”.

O qeyd edib ki, bu gün bir çox bölgələrdə davam edən dağıdıcı müharibələrin nəticələri siyasi baxımından getdikcə daha da qeyri-müəyyənləşir. Müharibə uzandıqca məqsədlər dəyişir, ritorika sərtləşir, kompromis imkanları azalır və nəticədə cəbhədə qazanılan hərbi uğur siyasi çıxış yoluna çevrilə bilmir.

“Azərbaycanın 44 günlük Vətən müharibəsində də, 2023-cü ilin antiterror əməliyyatında da dövlətin qarşısında duran məqsəd beynəlxalq hüquq , regional reallıqlar və siyasi baxımdan legitim idi”, - deyə Y.Hacıyeva fikirlərinə davam edib.

Bu hərbi aktivlərin əsas məqsədi ölkənin beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası məqsədi idi. Azərbaycan haqq müharibəsini “sonsuz qarşıdurma” məntiqi ilə deyil, “konkret siyasi nəticə” məntiqi ilə apardı. Azərbaycanın qələbəsini yalnız silah, texnologiya və ordunun peşəkarlığı ilə izah etmək natamam yanaşma olardı. Şübhəsiz ki, güclü ordu, müasir silahlanma və yüksək döyüş ruhu mühüm rol oynadı, Lakin bunları nəticəyə çevirən əsas amil siyasi liderin qətiyyəti və onun apardığl siyasətin strateji xəttinin ardıcıllığı idi. Müasir müharibələr göstərir ki, hərbi üstünlük qazanmaq mümkün olsa da , onu siyasi nəticəyə çevirmək hamıya müəssər olmur. Azərbaycan rəhbərliyi 2020-ci ildə bu iki xətti , hərbi və siyasi xətti , eyni anda və bir-birinə uyğun şəkildə idarə edə bildi. Cəbhədə əməliyyatlar gedərkən diplomatik platformada təzyiqlər neytrallaşdırıldı, informasiya məkanında isə Azərbaycanın haqlı mövqeyi ardıcıl şəkildə müdafiə olundu. Başqa sözlə, qələbə yalnız səngərdə deyil, eyni zamanda siyasi iradədə, diplomatik davranışda və informasiya cəbhəsində qazanılırdı. Rusiya–Ukrayna müharibəsinin dörd ilə yaxın davam etməsinə baxmayaraq siyasi finalın konturları hələ də aydın deyil. Hərbi əməliyyatların intensivliyi artdıqca diplomatik manevr imkanları daralır, kompromis isə zəiflik kimi təqdim olunur. Belə şəraitdə müharibə siyasi həllə yox, hər iki tərəf üçün tükənmə savaşına çevrilib. ABŞ–İran–İsrail münaqişəsi də təkcə hərbi toqquşma deyil, regional nüfuz uğrunda dağıdıcı geosiyasi mübarizədir. Tərəflərin məqsədləri müxtəlif, maraqları toqquşan, nəticə haqqında təsəvvürləri isə bir-birinə ziddir. Buna görə də elan olunan atəşkəslər belə dayanıqlı sülhə çevrilmə ehtimalı azdır. Bütün münaqişələrin öz tarixi, coğrafiyası, siyasi reallığı və beynəlxalq konteksti var, Lakin Azərbaycanın təcrübəsi bir universal həqiqəti sübut edir. Hərbi qələbə yalnız o zaman davamlı nəticə verir ki, onun arxasında aydın siyasi məqsəd, qətiyyətli liderlik və rasional strateji plan olsun. Bu gün dünyanın bir çox münaqişələrində əsas çatışmayan cəhəti də məhz budur, silah var, ordu var, xarici dəstək var və s. faktorlar var, ancaq münaqişənin siyasi finalının yol xəritəsi yoxdur. Azərbaycan isə 2020-ci ildə və 2023-cü ildə göstərdi ki, dövlət nə üçün mübarizə apardığını dəqiq biləndə, hərbi uğur siyasi nəticəyə çevrilə bilir”.

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər