Daha bir kəsişmədə “sarı tor” nişanlanma xətləri təşkil edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir kəsişmədə “sarı tor” nişanlanma xətləri təşkil edilib

Qafar Ağayev16:09 - Bu gün
Daha bir kəsişmədə “sarı tor” nişanlanma xətləri təşkil edilib

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında, Rəşid İsmayılov və Şirvan küçələrinin kəsişməsində təhlükəsizliyi artırmaq və nizamlılığı təmin etmək məqsədilə 1.25 - “sarı tor” nişanlanma xətləri təşkil edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, “Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbininə əsasən, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya sarı tor nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Bu məqsədlə “sarı tor” çəkilir. “Sarı tor” yolun hərəkət hissələrinin kəsişmə yerini göstərir.

Beləliklə, “sarı kəsişmə torları” yol kəsişməsində nəqliyyatın tıxanmasının qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər