Sabahdan bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan sel keçəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan sel keçəcək

16:55 - Bu gün
Sabahdan bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan sel keçəcək

Aprelin 11-i axşam və 12-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər