Azərbaycan neftinin qiyməti 125 dollar olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 125 dollar olub

Qafar Ağayev09:41 - Bu gün
Azərbaycan neftinin qiyməti 125 dollar olub

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,59 ABŞ dolları və ya 3,81 faiz artaraq bir barel üçün 125,03 ABŞ dolları təşkil edib.

1news.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” neftinin FOB bazasında qiyməti 4,99 dollar və ya 4,34 faiz artaraq 119,88 dollar olub.

“URALS” markalı xam neft 5,43 dollar və ya 6,07 faiz bahalaşaraq 94,81 dollara yüksəlib.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neft isə 7,29 dollar və ya 5,85 faiz artaraq 131,97 dollara çatıb.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər