Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
Tərtərdə su kanalında batan 7 yaşlı uşaq nəşi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq əraziyə FHN-nin əməkdaşları cəlb edilib.
Onların keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü A.Mustafazadənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
13:40
Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub.
1news.az "Report"a istinadən xəbər verir ki, hadisə aprelin 10-u saat 15 radələrində baş verib.
Belə ki, şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındaki kanala düşərək boğulub.
A.Mustafazadənin meyiti sudan çıxarılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.












