Azərbaycan nefti 4% ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti 4% ucuzlaşıb

11:10 - Bu gün
Azərbaycan nefti 4% ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,05 ABŞ dolları və ya 4,04% azalaraq 119,98 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 125,03 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər