ABŞ-nin İran limanlarına blokadası başlayır | 1news.az | Xəbərlər
Dünya

ABŞ-nin İran limanlarına blokadası başlayır

Qafar Ağayev09:25 - Bu gün
ABŞ-nin İran limanlarına blokadası başlayır
ABŞ İran limanlarına qarşı blokadaya başlayır.

1news.az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 13-də Şərq vaxtı ilə saat 10:00-dan etibarən İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokada tətbiq ediləcəyini açıqlayıb.

Bildirilib ki, blokada bütün ölkələrə məxsus gəmilərə şamil olunacaq və Ərəb körfəzi ilə Oman körfəzində yerləşən bütün İran limanlarını əhatə edəcək.

Qeyd olunub ki, ABŞ-nin qüvvələri İran limanlarına istiqamətlənməyən gəmilərin Hörmüz boğazından sərbəst keçidinə mane olmayacaq.

CENTCOM əlavə edib ki, blokada başlamazdan əvvəl kommersiya dənizçilərinə rəsmi bildiriş vasitəsilə əlavə məlumat təqdim olunacaq.

Paylaş:
145

Son xəbərlər

Bütün xəbərlər