Tramp Papaya sərt tənqid: Onu istəmirəm | 1news.az | Xəbərlər
Dünya

Tramp Papaya sərt tənqid: Onu istəmirəm

Oksana Orucova09:34 - Bu gün
Tramp Papaya sərt tənqid: Onu istəmirəm

ABŞ prezidenti Donald Tramp Vatikan rəhbəri Papa XIV Leo haqqında kəskin açıqlamalar verib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşımında Papanı “cinayətə qarşı zəif” və “xarici siyasətdə uğursuz” adlandırıb, həmçinin ABŞ prezidentini tənqid edən bir Papa istəmədiyini bildirib.

O, Papanı İran və ABŞ-nin xarici siyasəti ilə bağlı mövqeyinə görə də tənqid edərək, onu “sol mövqelərə yaxın olmaqda” ittiham edib.

Gərginlik Papa XIV Leonun müharibə əleyhinə çıxışından sonra yaranıb. Papa müharibəni “güc illüziyası” kimi dəyərləndirərək sülhə çağırış edib.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər