Kreml: Rusiya enerji resurslarına tələbat artıb | 1news.az | Xəbərlər
Dünya

Kreml: Rusiya enerji resurslarına tələbat artıb

Oksana Orucova16:00 - Bu gün
Kreml: Rusiya enerji resurslarına tələbat artıb

Dünyada iqtisadi və enerji böhranı dərinləşir və bu fonda Rusiya enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bunu Moskva şəhərində jurnalistlərin suallarını cavablandıran Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr qlobal enerji bazarındakı şərtləri dəyişib:

“Alternativ regionlardan enerji resurslarımızı almaq üçün çoxsaylı müraciətlər daxil olur. Dünya getdikcə miqyası genişlənən ciddi iqtisadi və enerji böhranına doğru inamla irəliləyir”.

Onun sözlərinə görə, Rusiya müxtəlif ölkələrlə enerji sahəsində danışıqlar aparır və bu proseslər ölkənin maraqları çərçivəsində davam etdirilir.

Peskov həmçinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna Ukrayna tərəfindən pilotsuz uçuş aparatı ilə həyata keçirilən son hücuma da münasibət bildirib. O vurğulayıb ki, bu cür hücumlar ilk dəfə baş vermir və beynəlxalq əhəmiyyətli boru kəməri dəfələrlə zərər görüb.

Paylaş:
137

Son xəbərlər

Bütün xəbərlər