Azərbaycan mətbəxi Belqradda ustad dərsində nümayiş olundu - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan mətbəxi Belqradda ustad dərsində nümayiş olundu - FOTO - VİDEO

10:58 - Bu gün
Azərbaycan mətbəxi Belqradda ustad dərsində nümayiş olundu - FOTO - VİDEO

Azərbaycan Belqradda yerləşən Qonaqpərvərlik və Turizm Məktəbində keçirilən beynəlxalq master-klasda layiqincə təmsil edilib.

1news.az xəbər verir ki, restoran və hotelçilik sektoruna həsr olunmuş bu tədbirdə “Zuğulba Mangal Steak House”un rəhbəri Namiq Məmmədov, eləcə də, “Mangal Zuğulba” və “Zuğulba Sarayı”nın peşəkar aşpaz komandası – Tural Quliyev və Mixail Kozlov xüsusi dəvətlə çıxış edərək ustad dərsi keçiblər.

Bu master-klas zamanı Azərbaycan mətbəxinin özünəməxsus dadları təqdim olunub, komandamızın illərlə formalaşan peşəkarlığı nümayiş etdirilib, qonaqpərvərlik və kulinariya sahəsində iki ölkə arasında təcrübə mübadiləsi aparılıb.

“Bu tədbir bizim üçün yalnız bir ustad dərsi deyil – Azərbaycan kulinariyasının beynəlxalq arenada daha bir uğurlu addımıdır.

Komandamız peşəkarlığı, yaradıcı yanaşması və yüksək mətbəx mədəniyyəti ilə yenidən fərqlənib.

Serbiya və Azərbaycan arasında illərdir formalaşan qarşılıqlı hörmət və dostluq bu tədbirdə bir daha öz əksini tapıb.

Mədəniyyət, qonaqpərvərlik və kulinariya sahəsində tərəfdaşlığımızın güclənməsi bizi daha da qürurlandırır”, - “Zuğulba Mangal Steak House”un instaqram hesabında qeyd edilib.

Reklam hüququnda

Paylaş:
119

Son xəbərlər

Bütün xəbərlər