İranda general Məcid Hədəm öldürüldü
İranda General Məcid Hədəm öldürüldü
1news.az Haberglobal-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu Kəşfiyyat İdarəsinin komandiri, general-mayor Məcid Hədəm ABŞ-İsrail hücumunda həyatını itirib.
İnqilab Keşikçiləri Ordusu Hədəmin ölümünü rəsmi açıqlama ilə bildirərək deyib:
“İslam İnqilabı Keşikçiləri Kəşfiyyat İdarəsinin güclü və təcrübəli rəhbəri bu gün səhər saatlarında Amerikan-Sionist düşmənin hücumunda şəhidlik mərtəbəsinə çatmışdır”.
Açıqlamada qeyd olunur ki, Hədəm ölkəyə yarım əsr ərzində kəşfiyyat və təhlükəsizlik sahələrində mühüm, əhəmiyyətli, davamlı və öyrədici töhfələr vermişdir:
“Bu töhfələr, xüsusilə xarici düşmənlər və onların İranın təhlükəsizliyini və sülhünü sarsıtmağa yönəlmiş xain planları qarşısında, ölkənin kəşfiyyat icmasının uzun illər boyu qürurla möhkəm dayanmasının yolunu açacaq”.
Hədəmin harada həyatını itirdiyi açıqlanmasa da, dəfn mərasimi və proqramla bağlı məlumatların daha sonra paylaşılacağı bildirilib.












