FHN: Ötən həftə 9 nəfər həyatını itirib - VİDEO
Ötən həftə baş verən hadisələr nəticəsində 9 nəfər həyatını itirib.
Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, ötən həftə ərzində 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr nəticəsində 9 nəfər həyatını itirib.
Məlumata görə, ötən həftə ərzində 179 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və intensiv yağışlarla əlaqədar qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
79












