İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

10:19 - Bu gün
İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

Aprelin 11-12-də ölkə ərazisində çoxsaylı cinayət faktlarının üstü açılıb.

1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qeyd olunan tarixlərdə qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib ki, onlardan 31-i borclu şəxs qismində axtarışda olub.

Bundan başqa, narkotiklərlə əlaqəli 27 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər