Nigeriyada səhv hava hücumu: 56 mülki şəxs həlak oldu | 1news.az | Xəbərlər
Dünya

Nigeriyada səhv hava hücumu: 56 mülki şəxs həlak oldu

Oksana Orucova09:51 - Bu gün
Nigeriyada səhv hava hücumu: 56 mülki şəxs həlak oldu

Nigeriya ordusunun səhvən həyata keçirdiyi hava hücumu nəticəsində 56 mülki şəxs həyatını itirib, 14 nəfər yaralanıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, hücum Yobe-Borno sərhədi yaxınlığında yerləşən Cəlili bazarına edilib.

Əməliyyat əslində Boko Haram üzvlərinə qarşı planlaşdırılmışdı, lakin səhv hədəf vurulub.

Hadisə ilə bağlı açıqlama verən Yobe ştatı rəsmisi Abdulsalam Dahiru bildirib ki, əraziyə təhlükəsizlik qüvvələri göndərilib.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər