Hikmət Hacıyev: Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub

Qafar Ağayev13:52 - Bu gün
Hikmət Hacıyev: Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub

Bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub.

1news.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyasında deyib.

O bildirib ki, Azərbaycan Ermənistanla münaqişəni həll edib. Hikmət Hacıyev Azərbaycanın öz müstəqilliyini qoruyub sülhü geri gətirdiyini deyib:

"Azərbaycan Ermənistanla olan münaqişəni həll etdi, bölgəyə sabitlik gətirdi və öz ərazi bütövlüyünü qorudu. Hazırda sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılıb. Artıq bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub".

Paylaş:
102

Son xəbərlər

Rza Tamer vəfat etdi

Bu gün, 12:37
Bütün xəbərlər