“FOMO Baku” “DJ Mag”-in dünyanın ən yaxşı klublar siyahısında 49-cu yerə yüksəldi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“FOMO Baku” “DJ Mag”-in dünyanın ən yaxşı klublar siyahısında 49-cu yerə yüksəldi - FOTO

20:00 - Bu gün
“FOMO Baku” “DJ Mag”-in dünyanın ən yaxşı klublar siyahısında 49-cu yerə yüksəldi - FOTO

“FOMO Baku” beynəlxalq elektron musiqi səhnəsində mövqeyini sürətlə gücləndirməyə davam edir.

“DJ Mag” jurnalının yenilənmiş Top 100 Clubs reytinqində klub 49-cu yerə yüksələrək ilk dəfə olaraq dünyanın ən yaxşı 50 klubu sırasına daxil olub.

Xatırladaq ki, “FOMO Baku” 2024-cü ildə bu reytinqdə debüt etmiş, 2025-ci ildə isə 65-ci yerə yüksələrək qlobal miqyasda ən dinamik irəliləyiş göstərən klublardan biri kimi diqqət çəkmişdi.

Bu yeni nəticə “FOMO Baku”-nun yalnız Azərbaycanda deyil, həm də ölkə hüdudlarından kənarda elektron musiqi mərkəzlərindən birinə çevrildiyini bir daha təsdiqləyir. Qısa müddət ərzində klub dünya səhnəsinin aparıcı sənətçilərini və elektron musiqi sənayesinin ən nüfuzlu adlarını qəbul edən məkan kimi formalaşıb. “FOMO Baku” səhnəsində Adriatique, Dixon, Âme, CamelPhat, Pete Tong, GORDO, Mahmut Orhan, Emanuel Satie, Adam Ten kimi ulduzlarla yanaşı, Tom Zeta və Vini Pistori kimi yeni nəsil artistlər də çıxış ediblər. Həm tanınmış headliner-lərin, həm də yeni trend yaradan sənətçilərin çıxışları klubun musiqi xəttinə xüsusi balans verir və onun qlobal elektron musiqi xəritəsində mövqeyini daha da möhkəmləndirir.

Klubun proqram siyasətində xüsusi yer tutan “Eleven” by Peredel seriyası “FOMO Baku”-nun vizit kartlarından birinə çevrilib. Bu layihə özünəməxsus atmosferi və musiqi seçimi ilə həm yerli, həm də beynəlxalq auditoriyanı cəlb edir.

Bununla yanaşı, Bakı Formula 1 Qran-Prisi çərçivəsində keçirilən eksklüziv gecələr də klubun təqvimində mühüm yer tutur. Bu tədbirlər hər il dünyanın müxtəlif ölkələrindən gələn qonaqları bir araya gətirərək Bakının qlobal gecə həyatında mühüm mərkəzlərdən biri kimi mövqeyini daha da gücləndirir.

2026-cı ildə “FOMO Baku” yeni formatların inkişafını davam etdirərək genişmiqyaslı bir layihəyə start verir: FOMO POWER DAYs & NIGHTs. Bu konsept elektron musiqi səhnəsini Bakının mərkəzinə gətirərək gündüz open-air tədbirlərini və gecə partilərini dünya səviyyəli artistlərin iştirakı ilə birləşdirəcək və tamamilə yeni musiqi təcrübəsi formalaşdıracaq.

Bizim üçün bu nəticə sadəcə bir reytinq mövqeyi deyil — bu, ətrafımızda formalaşan enerjinin və icmanın gücünün göstəricisidir. İlk gündən məqsədimiz Bakıda dünya səviyyəli bir məkan yaratmaq idi və "DJ Mag" siyahısında ilk 50-yə daxil olmaq doğru istiqamətdə irəlilədiyimizi təsdiqləyir. Qarşıda isə yeni formatlar, daha böyük adlar və daha cəsarətli layihələr var”, — deyə “FOMO Baku” komandası bildirib.

“FOMO Baku” inkişafını davam etdirərək klub sənayesində yeni standartlar formalaşdırır və Bakının beynəlxalq musiqi mərkəzi kimi mövqeyini daha da gücləndirir.

Reklam hüququnda

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər