Azərbaycan neftinin qiyməti yenidən artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti yenidən artıb

Qafar Ağayev09:50 - Bu gün
Azərbaycan neftinin qiyməti yenidən artıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti yenidən artıb.

1news.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,54 ABŞ dolları və ya 2,25% bahalaşaraq 115,55 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 113,01 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Paylaş:
115

Son xəbərlər

Bütün xəbərlər