Maştağada evdən 8 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Maştağada evdən 8 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

13:01 - Bu gün
Maştağada evdən 8 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Maştağada evdən 8000 manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər – N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən edilərək saxlanılıblar.

Onların daxil olduqları evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib.

Araşdırma aparılır.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər