Azərbaycanda 15 yaşlı yeniyetmə uşaq dünyaya gətirdi, cinayət işi açılıb - YENİLƏNİB
Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumata görə Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
13:10
Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib.
1news.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.
Xəstəxanadan APA-ya verilən xəbərə görə, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.












