BDU-nun elmi işçisi Həsənbəy Arazov vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-nun elmi işçisi Həsənbəy Arazov vəfat edib

15:26 - Bu gün
BDU-nun elmi işçisi Həsənbəy Arazov vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun (ETİ) İnformasiya texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin aparıcı elmi işçisi Həsənbəy Arazov vəfat edib.

1news.az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, Həsənbəy Arazov 12 iyul 1940-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə BDU-nun Fizika fakültəsini bitirib. 1962-1964-cü illərdə BDU-da böyük laborant, 1961-1981-ci illərdə AMEA-da və Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi, böyük elmi işçi, 1981-1984-cü illərdə Təbii Ehtiyatların Kosmik Müşahidəsi İnstitutunda, 1984-1991-ci illərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında böyük elmi işçi vəzifələrində işləyib.

O, 1988-2020-ci illərdə BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin Riyazi modelləşdirmə və avtomatlaşdirilmiş sistemlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2020-ci ildən isə Tətbiqi Riyaziyyat ETİ-nin İnformasiya texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin aparıcı elmi işçisi idi.

Həsənbəy Arazov “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.

BDU rəhbərliyi və kollektivi Həsənbəy Arazovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər