Avtoyuma məntəqəsindən qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtoyuma məntəqəsindən qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanıldı

12:07 - Bu gün
Avtoyuma məntəqəsindən qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanıldı

Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında "Range Rover” markalı nəqliyyat vasitəsi qaçırılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

Araşdırma aparılır.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər