Hindistanda qadın fil hücumu nəticəsində öldü
Hindistanın Kerala ştatında uşaqlarını məktəb avtobusuna aparan qadın vəhşi filin hücumuna məruz qalaraq həyatını itirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Məlumata görə, hadisə İdukki bölgəsində baş verib. Yerli sakin Mari 11 yaşlı oğlu və 15 yaşlı qızı ilə birlikdə məktəb avtobusunun dayandığı dayanacağa gedərkən balaları ilə ərazidə olan dişi fillə qarşılaşıb.
Rəsmilərin bildirdiyinə görə, sıx duman səbəbindən qadın fili vaxtında görə bilməyib. Nəticədə filin hücumu zamanı Mari hadisə yerində həyatını itirib.
Hadisə zamanı qadının 11 yaşlı oğlu yaralanıb. Bir neçə metr arxada hərəkət edən 15 yaşlı qızı isə hücumdan xəsarət almadan xilas olub.
Rəsmilər qeyd ediblər ki, daha əvvəl bölgədə vəhşi heyvanların müşahidə olunması ilə bağlı xəbərdarlıqlar edilmiş və sakinlərdən ehtiyatlı olmaları istənilmişdi.












