Türkiyədə 4,6 maqnitudalı zəlzələ bir neçə vilayəti silkələdi
Türkiyənin Qaziantep vilayətində zəlzələ qeydə alınıb.
1news.azxəbər verir ki, bu barədə “Report” yerli mətbuata istinadən məlumat yayıb.
Bildirilib ki, 4,6 maqnitudalı yeraltı təkanların episentri Nurdağı rayonunda yerləşib, zəlzələnin ocağı isə 7 kilometr dərinlikdə olub.
Təbiət hadisəsi Qaziantep, Qəhrəmanmaraş, Kilis, Osmaniyyə və Hatay vilayətlərində hiss edilib.
Hazırda dağıntı və ya insan tələfatı barədə hər hansı məlumat yoxdur.
77












