Bakı metrosunda sıxlıq yaranıb, səbəb açıqlandı
Bakı metrosunda səhər saatlarından etibarən sərnişin sıxlığı müşahidə olunur.
1news.az xəbər verir ki, metronun bir sıra stansiyalarında platforma və keçidlərdə sıxlıq yaranıb. “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, sıxlığın səbəbi qatarlararası intervalın 2,5 dəqiqə olması və hərəkətin bu gün şənbə qrafikinə uyğun təşkil edilməsidir.
Qeyd olunub ki, aprelin 22-də günün əsas sərnişin axını saatlarında “28 May–Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikinə uyğun hərəkət etmələri xahiş olunub.
Xatırladaq ki, dünən saat 12:00 radələrində metroda texniki nasazlıq yaranmış, bütün stansiyalara girişə müvəqqəti məhdudiyyət qoyulmuşdu. Saat 15:00-da isə stansiyalara giriş bərpa edilib.












