ABŞ-dən yeni əməliyyat: İran nefti daşıyan tanker saxlanıldı
ABŞ Hind okeanında İran nefti daşıyan tankeri ələ keçirib.
1news.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “Majestic X” adlı tanker İran neftini daşıyarkən saxlanılıb. Bildirilib ki, hərbçilər gəminin göyərtəsinə enərək əməliyyatı həyata keçiriblər. Nazirlik həmçinin əməliyyatla bağlı görüntüləri də yayımlayıb.
Pentaqon bəyan edib ki, İrana maddi dəstək göstərən bütün gəmilər saxlanılacaq.
İran tərəfi isə hələlik məsələyə münasibət bildirməyib.
96












