Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan 18 tüfəng aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan 18 tüfəng aşkarlanıb

11:42 - 23 / 04 / 2026
Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan 18 tüfəng aşkarlanıb

Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 18 tüfəng, 4 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Paylaş:
191

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər