Ucarda vəhşi heyvan sakinlərə hücum edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda vəhşi heyvan sakinlərə hücum edib

13:08 - 24 / 04 / 2026
Ucarda vəhşi heyvan sakinlərə hücum edib

Ucarda vəhşi heyvan sakinlərə hücum edib, xəsarət alanlar var.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Kənd sakini, 1954-cü il təvəllüdlü Güləndam Məmmədova həyətində çaqqal hücumuna məruz qalıb. Xəsarət alan G.Məmmədovanın köməyinə gələn qonşusu, 1959-cu il təvəllüdlü Musa Həsənov, həyat yoldaşı, 1961-ci il təvəllüdlü Fatma Həsənova da xəsarətlər alıb. M. Həsənovun barmağı amputasiya olunub.

Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə çaqqal dişləməsi diaqnozu ilə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Paylaş:
224

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər