Azərbaycanla Çexiya hərbi əməkdaşlıq planı imzalayıb
Azərbaycan və Çex respublikalarının Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə "İkitərəfli hərbi əməkdaşlıq danışıqları" keçirilib.
1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Eyni zamanda, qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb və müxtəlif sahələr üzrə brifinqlər təqdim edilib.
Danışıqların yekununda tərəflər arasında 2026-cı il üçün "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.
arşılıqlı hədiyyələr təqdim olunduqdan sonra xatirə fotosu çəkdirilib.


99












