Samir Şərifova yeni vəzifə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Samir Şərifova yeni vəzifə verildi

12:43 - Bu gün
Samir Şərifova yeni vəzifə verildi

“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama dəyişiklik edilib.

1news.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyanın sədri dəyişib.

Azərbaycan tərəfdən komissiyanın sədri Baş nazirin müavini Samir Şərifov olacaq. Bundan öncə komissiyanın sədri energetika naziri idi.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər