Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

15:49 - Bu gün
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Ağcabədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdü Lətif Qaryağdı oğlu Nağıyev səhər saatlarında işə getmək üçün Mingəçevir-Bəhrəmtəpə magistral yolunun kənarında marşrut avtobusunu gözləyərkən Vəli Nüsrətlinin idarə etdiyi "Toyota Prius" markalı avtomobilonu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər