Qəzza zolağında ölənlərin sayı 72 min 594-ə çatıb | 1news.az | Xəbərlər
Dünya

Qəzza zolağında ölənlərin sayı 72 min 594-ə çatıb

Oksana Orucova14:41 - Bu gün
Qəzza zolağında ölənlərin sayı 72 min 594-ə çatıb

İsrail ordusunun Qəzza ərazisinə 2023-cü ilin oktyabrından bu yana həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayı 72 min 594-ə yüksəlib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, atəşkəs rejiminə baxmayaraq, hücumlar davam edir. Son 24 saat ərzində bölgədəki xəstəxanalara 1 nəfərin meyiti və 5 yaralı gətirilib.

Bildirilib ki, 2025-ci il 10 oktyabr tarixində qüvvəyə minmiş atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 818 nəfər həyatını itirib, 2 min 301 nəfər yaralanıb. Həmçinin dağıntılar altından 762 nəfərin meyiti çıxarılıb.

Ümumilikdə, 2023-cü ilin oktyabrından indiyədək həyata keçirilən hücumlar nəticəsində yaralananların sayı 172 min 404 nəfərə çatıb.

Qeyd olunur ki, Qəzza zolağında dağıntılar altında hələ də minlərlə insanın cəsədinin qaldığı ehtimal edilir.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər