ABŞ-nin İrana təqdim etdiyi atəşkəs təklifində hansı maddələr yer alır? | 1news.az | Xəbərlər
Dünya

ABŞ-nin İrana təqdim etdiyi atəşkəs təklifində hansı maddələr yer alır?

12:12 - Bu gün
ABŞ-nin İrana təqdim etdiyi atəşkəs təklifində hansı maddələr yer alır?

ABŞ və İran arasında nüvə sazişi üzrə aparılan danışıqlarda yeni detallar məlum olub.

1news.az xəbər verir ki, ABŞ Prezidenti Trampın Hörmüz boğazında “Azadlıq Layihəsi”ni dayandırmasından sonra Vaşinqtonun İrana təqdim etdiyi şərtlər açıqlanıb.

Məlumata görə, ABŞ İranın nüvə obyektlərinin tam sökülməsini, bütün zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsini və Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) istənilən ərazidə dərhal yoxlama aparmasına icazə verilməsini tələb edir.

ABŞ Prezidenti Tramp bildirib ki, İranın təklifə cavab verməsi üçün 48 saat vaxtı var və razılıq əldə olunmazsa, hərbi variantın gündəmə gələ biləcəyi istisna edilmir.

Danışıqlarda Fordo, Natanz və İsfahan nüvə obyektləri, eləcə də Hörmüz boğazında təhlükəsizlik və keçid məsələləri əsas müzakirə mövzularıdır.

Vaşinqton İranın nüvə silahı əldə etməyəcəyinə dair zəmanət verilməsini, yeraltı nüvə fəaliyyətlərinin dayandırılmasını və geniş beynəlxalq yoxlama mexanizmlərinin tətbiqini tələb edir.

Saziş layihəsinə əsasən, İran sanksiyaların yumşaldılması müqabilində Hörmüz boğazında keçid təhlükəsizliyini təmin etməli və mərhələli açılış prosesini həyata keçirməlidir.

ABŞ tərəfi sanksiyaların ləğvinin yalnız razılaşmanın icrasına uyğun şəkildə mümkün olacağını bildirir.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər