Xırdalanda qapısı açıq maşından oğurluq olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda qapısı açıq maşından oğurluq olundu

15:33 - 11 / 05 / 2026
Xırdalanda qapısı açıq maşından oğurluq olundu

Abşeron rayonu Xırdalan şəhəri ərazisində avtomobildən oğurluq edilib.

DİN mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək ona məxsus “Mercedes” markalı maşının içərisindən maqnitofon, geyim və digər dəyərli əşyalarının talandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı R.Borisov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, gecə saatlarında parklanma yerində saxlanılan avtomobilin qapısının açıq qalmasını fürsət bilərək talama əməlini həyata keçirib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
523

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər