"Laçın İşğal və Zəfər Muzeyi Kompleksi"nin ehtimal olunan dəyəri açıqlanıb
Laçın rayonunda tikintisi nəzərdə tutulan "Laçın İşğal və Zəfər Muzeyi Kompleksi"nin ehtimal olunan dəyəri 9,905 milyon manatdır.
1news.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, tikinti işlərinə başlamaq üçün Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı "Əsaslı Tikinti və Təchizat" MMC tender prosedurlarına start verib.
Xatırladaq ki, "Laçın İşğal və Zəfər Muzeyi Kompleksi"nin təməli 2023-cü il mayın 28-də Prezidenti İlham Əliyevin Laçın şəhərinə səfəri zamanı qoyulmuşdu.
21












