Üç yaşınadək uşaqları ilə birlikdə yaşayan məhkum qadınlarla görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Üç yaşınadək uşaqları ilə birlikdə yaşayan məhkum qadınlarla görüş keçirilib

12:01 - Bu gün
Üç yaşınadək uşaqları ilə birlikdə yaşayan məhkum qadınlarla görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən cəzaçəkmə müəssisələrində aparılan sosial reabilitasiya tədbirləri davam etdirilir.

Bu barədə 1news.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Agentlik arasında imzalanmış birgə tədbirlər planına əsasən və "İnsan Hüquqları Aylığı" çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsində üç yaşınadək uşaqları ilə birlikdə yaşayan məhkum qadınlarla görüş keçirilib.

Görüşün məqsədi azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası olub.

Tədbirdə Agentliyin əməkdaşları üç yaşınadək uşağı olan məhkum qadınların sosial adaptasiyası mövzusunda çıxış edib, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər barədə məlumatlar veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər