YouTube-dan sərt qərar: Pul qazanmaq istəyənlər üçün şərtlər 2 dəfə ağırlaşdırıldı
YouTube kontent yaradıcılarının reklam və Premium gəlirlərindən pay qazanması üçün tələbləri sərtləşdirib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qaydalara əsasən, Partner Proqramına yeni qoşulmaq istəyənlər son 365 gündə 4 min deyil, 8 min saat izlənmə toplamalıdır. "Shorts" üçün tələb olunan baxış sayı isə son 90 gün üzrə 10 milyondan 20 milyona yüksəldilib.
Dəyişikliklər artıq Partner Proqramında olan yaradıcılar üçün keçərli olmayacaq. "Fan Funding" və "YouTube Shopping" üzrə tələblər də dəyişdirilməyəcək.
YouTube həmçinin 1 fevral 2027-dən "Shorts" gəlirləri üçün yeni qaydalar tətbiq edəcək. Şirkət bununla yanaşı, yaradıcıların gəlirlərini artırmaq üçün yeni bonus və əməkdaşlıq imkanları hazırladığını açıqlayıb.












